Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sosial şəbəkələrdəki problemin əsas səbəbi açıqlandı

© AFP 2023 / JOSH EDELSONMeta loqosu
Meta loqosu - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Yəmənin husi qruplaşmasının Qırmızı dənizdə törtdiyi təxribat zamanı qlobal trafikin 25 faizini təşkil edən kabellər zədələnib.
BAKI, 5 mart — Sputnik. Sosial şəbəkələr - "Facebook" və "Instagram"dakı problem Qırmızı dənizdə kabellərin zədələnməsi səbəbindən baş verib.
Bu barədə Honq-Konq provayderi "HGC Global Communications Limited" məlumat yayıb.
Bildirlib ki, Qırmızı dənizdə kabellərə hücum Yəmənin husi qruplaşması tərəfindən törədilib.
Qeyd olunub ki, həmin kabellər qlobal trafikin 25 faizini təşkil edir. Artıq hücumun nəticələri aradan qaldırılır.
Bəzi proqnozlara görə, kabellər yalnız 8 həftədən sonra tam bərpa olunacaq.
***
“Facebook”və “İnstagram” sosial şəbəkələrindəki problem qlobal xarakter daşıyır və hələki problemin əsas səbəbi barədə xidmət təchizatçılarından açıqlama verilməyib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.
"Problem lokal xarakter daşımadığından hesablarına daxil olmaqda çətinlik çəkən səhifə sahiblərinin və vətəndaşların narahatlığına heç bir əsas yoxdur", - məlumatda deyilir.
Qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarının elektron hesabları daimi monitorinq və nəzarət altında saxlanılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Report"un sorğusuna cavab olaraq bildirib ki, "Meta" şirkətinə məxsus "Facebook", "Instagram" kimi beynəlxalq platformalara daxil olmada problem yaşanır:
"Problem lokal deyil, qlobal xarakter daşıyır. Şirkət hələlik problemlə bağlı rəsmi məlumat yaymayıb".
***
Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 68 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanaraq, aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib.
XRİTDX-dən bildirilib ki, bu, bir il əvvəlki göstərici ilə müqayisədə 84 % artım deməkdir.
Xatırladaq ki, 2023-cü ildə dövlət qurumlarının 697 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 142 ədəd və ya 26 % çoxdur.
Xəbər lenti
0