Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Magistraturaya qəbul imtahanında yenilik

© Photo : Ministry of Science and Education Republic of AzerbaijanMüəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanları - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Məleykə Abbaszadə bildirib ki, bu proses başlamaq üçün texniki imkanların təmin edilməsi həyata keçiriləcək.
BAKI, 5 mart — Sputnik. Magistraturaya qəbul imtahanında da xarici dil üzrə danışıq bloku sualları salınacaq. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, bu proses başlamaq üçün texniki imkanların təmin edilməsi həyata keçiriləcək:
"Daha kütləvi imtahanlarda isə məsələn, buraya buraxılış və qəbul imtahanlarına aiddir, bu zaman biz daha mürəkkəb hazırlıq dövrü keçməliyik. Hələ ki, məktəblərdə hazırlıq səviyyəsi, kompüterlərin mövcudluğu, eyni zamanda bu prosesin hüquqi müstəvidə öz əksini tapması ən azı bir il çəkəcək".
Qurum rəhbəri əlavə edib ki, bu səbəblərə görə hazırda, magistratura və doktorantura imtahanlarında xarici dil üzrə danışıq bloku sualları salınacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0