CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqların Beynəlxalq Televiziya və Radio Verilişləri Günüdür

© Sputnik / Евгений КоктышOperator kamera arxasında
Operator kamera arxasında - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Abunə olmaq
Bu gün BMT Uşaq Fondunun təşəbbüsü ilə 1994-cü ilin aprelində Kann şəhərində təsis olunub.
BAKI, 3 mart - Sputnik. BMT tərəfindən 2009-cu ildən başlayaraq hər il martın 3-də Uşaqların Beynəlxalq Televiziya və Radio Günü qeyd olunur. Azərbaycan Dövlət İnformasiya Agentliyinin xəbərinə görə, bu tarix BMT Uşaq Fondunun (UNICEF) təşəbbüsü ilə 1994-cü ilin aprelində Kann şəhərində təsis olunub.
Bundan əlavə, hələ 1994-cü ildə UNICEF Beynəlxalq Televiziya İncəsənəti və Elmləri Akademiyası xüsusi mükafat təsis etdi və bu mükafat həmin gün proqramı öz missiyasını ən tam şəkildə təcəssüm etdirən televiziya şirkətinə təqdim olundu. 2008-ci ildə UNICEF televiziya və radio şirkətlərinə verilən qurumun öz mükafatını təsis etdi. Bu gün əvvəlcə dekabrda qeyd olunsa da, 2009-cu ildən onun qeyd olunması martın ilk bazar gününə keçirilib. Baxmayaraq ki, 2011-ci ildə UNICEF bu günü qeyd etmək təşəbbüsündən əl çəksə də, eyni zamanda, gəncləri televiziya proqramlarının yaradıcıları kimi cəlb etmək və gənclərin iştirakı ilə yeni layihələr yaratmaq planlarını bölüşərək, bu günü yenidən qeyd etməyə çağırır.
Bildirilir ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, uşaqların və gənclərin inkişafı, yüksək səviyyədə təhsilin əlçatanlığının təmin edilməsi və onların sağlam böyüməsi istiqamətində bir sıra işlər görülür.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1998-ci il mayın 19-da imzalanmış “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində deyilir:

“Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilib”.

© Sputnik / "Biosfer" İctimai BirliyiUşaqlar, arxiv
Əlilliyi və sağlamlıq imkanı məhdud uşaqlar üçün peşəyönümlü kursların təşkili layihəsinin icrasını davam etdirir - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Uşaqlar, arxiv
Uşaqlara göstərilən qayğının daha bir bariz nümunəsi 1999-cu il 22 iyun tarixində qüvvəyə minmiş “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşuqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Ulu Öndər Heydər Əliyev həmişə uşaqların bu əlamətdar günündə onlarla bir yerdə olmağı çox sevirdi. Heydər Əliyev Uşaqların Beynəlxalq Televiziya və Radio Günü ilə əlaqədar onların hazırladığı mərasimdə iştirak etməkdən böyük zövq alırdı.
Azərbaycanda uşaqlara qayğı gündən-günə artır və artacaq. Öz övladına qayğı göstərmək, təhsil vermək, övladını yüksək əxlaqi normalar səviyyəsində tərbiyələndirmək hər bir valideynin borcudur.
Fərəhlə demək olar ki, uşaq və gənclərə göstərilən diqqətin, qayğının daha da artırılmasında Prezident İlham Əliyevin xidməti böyükdür. Yeni məktəblərin tikilməsi, təmir olunması, idman komplekslərinin inşası buna əyani sübutdur.
© AZƏRTACBirinci vitse-prezident Mehriban Əliyeva Autizm Sindromlu Uşaqların Reabilitasiya Mərkəzində bayram şənliyində
Первый вице-президент Мехрибан Алиева на праздничном веселье в Центре реабилитации для детей с синдромом аутизма - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Birinci vitse-prezident Mehriban Əliyeva Autizm Sindromlu Uşaqların Reabilitasiya Mərkəzində bayram şənliyində
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işlər xüsusi qeyd edilməlidir. Azərbaycanın ən ucqar dağ kəndində də uşaqların təhsili üçün hər cür şəraiti olan təhsil ocaqlarının tikilməsi bu qayğının təzahürü kimi təqdir olunmalıdır. Uşaqlar, gənclər müstəqil Azərbaycanın gələcəyidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0