Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tərtərdə mina partlayıb, 3 nəfər xəsarət alıb

© Photo : REPORTMinalar, arxiv
Minalar, arxiv - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Abunə olmaq
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
BAKI, 2 aprel - Sputnik. Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayıb, 3 nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd olunub.
Bildirilib ki, 1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.
03.03.24
Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında deyilir.
Bildirilib ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb. O, xəstəxanaya təxliyə edilib.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.
В Лачинском направлении обнаружено более 900 противопехотных мин - Sputnik Azərbaycan, 1920, 01.04.2024
HƏRBİ
ANAMA mart ayında zərərsizləşdirilmiş minaların sayını açıqladı
Xəbər lenti
0