DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür

© Azerbaijan Railways CJSCLOR, arxiv
LOR, arxiv - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Abunə olmaq
Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensorial forması hesab edilir.
BAKI, 3 mart - Sputnik. Hər il martın 3-ü Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günü kimi qeyd edilir. Azərbaycan Dövlət İnformasiya Agentliyinin məlumatına görə, bu gün 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ictimaiyyətin diqqətini qulaq və eşitmə orqanlarının fəaliyyətindən əziyyət çəkənlərin problemlərinə yönəltmək məqsədilə təsis olunub. Həmin günün seçilməsi də rəmzi xarakter daşıyır. Məsələ burasındadır ki, 3 rəqəminin yazılışı da insan qulağının formasına bənzəyir.
Yaşadığımız dünya müxtəlif və rəngarəng səslərlə doludur. Onlar arasında həzz gətirəni, sakitlik bəxş edəni, sevinc hissi oyadanı, həyəcan yaradanı da var. Təəssüf ki, heç də hamı səslərin müxtəlifliyini eşidə bilmir. Eşitmə qabiliyyətinin itirilməsi dünyada əlilliyin yayılmış sensorial forması hesab edilir. Hazırda eşitmə itkisi dünyada ən çox rast gəlinən sensor qüsur hesab olunur. ÜST-nin məlumatına görə, 2050-ci ilədək dünyada təxminən 2,5 milyard nəfər, yəni, hər dörd nəfərdən biri müəyyən dərəcədə eşitmə itkisindən əziyyət çəkə bilər.
© iStock.com / marokeLor həkimi, arxiv
Врач ЛОР с маленьким пациентом - Sputnik Azərbaycan, 1920, 03.03.2024
Lor həkimi, arxiv
Karlıq və pis eşitmənin əsas səbəbi genetik amil, qulağın xroniki infeksiyaları, bir sıra xəstəliklər - məxmərək, qızılca, yoluxucu parotit, meningit, həmçinin bəzi dərman preparatlarının və ətraf mühitin zərərli amillərinin təsiri, ilk növbədə, gur səslənmədir. Həkimlərin rəyinə əsasən, həmin səbəblərdən baş verən karlıq və piseşitmə hallarının yarısını aradan qaldırmaq mümkündür. Qabaqlayıcı tədbirlər sırasına əhalinin immunizasiyası, ana və uşağın sağlamlığının qorunması, əmək gigiyenasının tələblərinə əməl olunması daxildir.
1841-ci ildə alman həkimi Hofman qulaq-burun-boğaz boşluqlarını müayinə etmək üçün güzgüdən istifadə edib. Az sonra həkimlər başa bərkidilmiş çökük güzgüdən istifadə etməyə başlayıblar və ona reflektor adı verilib.
© Sputnik / Михаил ФомичевN.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin tələbələri eşitmə əlillərш qrupunda məşğələdə, arxiv
Студенты Московского государственного технического университета имени Н.Э. Баумана занимаются в группе для слабослышащих. - Sputnik Azərbaycan, 1920, 03.03.2024
N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinin tələbələri eşitmə əlillərш qrupunda məşğələdə, arxiv
Ümumdünya Səhiyyə Təşkilatının apardığı qiymətləndirməyə görə, dünyada 1,1 milyard gənc təhlükəli dinləmə vərdişinə görə eşitmənin itirilməsi ilə əlaqədar risk daşıyır. 43 milyondan çox 12-35 yaşlı insan müxtəlif səbəblərdən dinləmə təhlükəsi ilə əlaqədar əlil olmaq riski daşıyır. Ona görə də təşkilat gəncləri və onların ailələrini sonralar eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq qalmağa, dövlətləri həmin problemin qarşısını almaq üçün diqqətli olmağa çağırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0