DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Co Bayden hətta şəxsi görüşlərdə də qeydlərdən istifadə edir

© AFP 2023 / LUDOVIC MARINBayden
Bayden - Sputnik Azərbaycan, 1920, 02.03.2024
Abunə olmaq
MakKarti bildirib ki, keçmişinə görə Baydenə hörmət edir. Lakin hazırda o, ən yüksək dövlət postunda işləməkdən imtina etməlidir.
BAKI, 2 mart — Sputnik. ABŞ Prezidenti Co Bayden hətta kiçik qruplarla şəxsi görüşlər zamanı qeydlərdən istifadə edir.
Bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti "Fox Business" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, qeydlər Baydenin iştirak etdiyi bütün danışıqların tərkib hissəsidir. O, qeydlərdə yazılan mətndən kənara çıxa bilmir. Əks halda, prezident, sadəcə olaraq söhbəti davam etdirə bilməyəcək.
MakKarti əlavə edib ki, keçmişinə görə Baydenə hörmət edir. Lakin hazırda o, ən yüksək dövlət postunda işləməkdən imtina etməlidir.
Bundan əvvəl bildirilib ki, Amerika lideri bəzi prezidentlərin adlarını qeydlərə baxmadan tələffüz edə bilmir. Məsələn, Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı qeydlərin köməyi olmadan salamlaya bilməz.
Xəbər lenti
0