DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan prezidenti yeni koalisiya hökumətinin hakimiyyətə gəlməsini istəyir

© AP Photo / Kamil ZihniogluSalome Zurabişvili
Salome Zurabişvili - Sputnik Azərbaycan, 1920, 29.02.2024
Abunə olmaq
Gürcüstan prezidenti hesab edir ki, demokratiyaya doğru uzun yol qət edən Gürcüstan üçün köhnə zamanların mirası olan təkpartiyalı sistemdən koalisiya hökumətinə keçməyin vaxtı çatıb.
BAKI, 29 fevral — Sputnik. Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrda keçiriləcək parlament seçkilərindən sonra yeni koalisiya hökumətinin hakimiyyətə gəlməsini istəyir. Zurabişvili bunu Böyük Britaniyaya səfəri zamanı BBC televiziyasına müsahibəsində bildirib.

"Mən bütün digər siyasi partiyalarla seçkilərdən sonra parlamentə gələnlərin istifadə edəcəyi platformanı hazırlamaq üçün işləyirəm. Koalisiya hökumətinin olmasını istəyirəm. Niyə? Çünki düşünürəm ki, demokratiyaya doğru uzun yol qət edən Gürcüstan üçün köhnə zamanların mirası olan təkpartiyalı sistemdən koalisiya hökumətinə keçməyin vaxtı çatıb" - prezident deyib.

O, həmçinin qeyd edib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində deyil və prezidentlik mandatının müddəti də oktyabrda başa çatacaq. Zurabişvili hakim Gürcü Arzusu - Demokratik Gürcüstan partiyasına səs verməyəcəyini bildirib, lakin hansı siyasi qüvvəyə səs verəcəyini açıqlamayıb.
Gürcüstanda parlament seçkiləri 2024-cü il oktyabrın 26-da keçiriləcək. Gürcüstanda qanunverici orqana seçkilər ən vacib hesab olunur, çünki hökumət formasının parlament respublikası olduğu ölkədə hakimiyyət hakim partiyadır.
2012-ci ildən ölkəni müxalifətə keçmiş eks-prezident Mixail Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat partiyasını əvəz edən "Gürcü Arzusu" partiyası idarə edir. Əgər "Gürcü arzusu" 50 faiz səs toplamasa, müxalifət parlamentdə çoxluq əldə etmək üçün koalisiya yarada və yeni hökuməti təyin edə biləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0