CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dövlət Sərhəd Xidməti İrandan Azərbaycana gətirilən narkotikə əl qoydu

© Photo : State Border Serviceİrandan qanunsuz olaraq Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları
İrandan qanunsuz olaraq Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları  - Sputnik Azərbaycan, 1920, 28.02.2024
Abunə olmaq
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə (41 kq 535 qr marixuana; 1 kq 015 qr metafetamin) aşkar olunaraq götürülüb.
BAKI, 28 fevral — Sputnik. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildiriblər ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 42 kiloqram 550 qram narkotik vasitə (41 kq 535 qr marixuana; 1 kq 015 qr metafetamin) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına əsasən, fevral ayının 19-da saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 3 (üç) nəfər naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib.
Sərhəd naryadı tərəfindən "Dayan" əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq sərhəd pozucuları əmrə tabe olmayıb, havanın qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.
Aparılmış axtarış tədbirləri nəticəsində ərazidən ümumi çəkisi 15 kq 600 qram narkotik vasitə marixuana, 30 ədəd Prostahealth və 1000 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M-40 həbləri aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
09.01.24, 11:21
İrandan Azərbaycana külli miqdarda narkotik gətirərək satan "balıqçı" həbs edildi
Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, narkotacirlər mürəkkəb relyef şəraitindən və digər üsullardan istifadə edərək narkotikləri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirməyə cəhdlər edirlər. Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçala rayonunda keçirilən növbəti tədbir zamanı balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş rayon sakini 1979-cu il təvəllüdlü Rəşad Nağıyev saxlanılıb. Həmin şəxsin üzərindən və yaşadığı evdən ümumilikdə 29 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 28 kiloqramdan artıq qurudulmuş marixuana və 1 kiloqram tiryək aşkar edilib.
R.Nağıyev ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Xəzər dənizinin Neftçala rayonu hissəsində qarşılayaraq Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb, o, bunu pul qazanmaq məqsədi ilə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Xəbər lenti
0