SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Nə Paşinyan bizə etimad edir, nə də biz Paşinyana - Berlin görüşündən nəticə gözlənilmir

© Photo : Ministry of Foreign Affairs of the Republic of ArmeniaAzərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü - Sputnik Azərbaycan, 1920, 28.02.2024
Abunə olmaq
Azərbaycan tərəfi bu görüşdə hər hansı konkret nəticələrin olmayacağını bilərək danışıqlara gedir.
BAKI, 28 fevral — Sputnik. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirlir.
Politoloq Elşən Manafov görüşdən gözləntilərini Sputnik Azərbaycan-la bölüşüb.
Politoloq hesab edir ki, bu görüş mövcud problemlərin həlli istiqamətində hər hansı bir irəliləyişi təmin etməyəcək. Çünki bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinə etimad etmədiyini bildirib. O qeyd edib ki, tərəflər arasında uzun müddət gərginliyin davam etməsi etimadsızlığın əsas səbəblərindəndir:

"Hesab edirəm ki, Azərbaycan tərəfi də Paşinyana və onun komandasına etimad etmir. Bu cür etimadsızlıq şəraitində Qərbin vasitəçilik səylərinə baxmayaraq Berlin görüşündə hər hansı bir irəliləyişin olacağını gözləmirəm. Azərbaycan tərəfi bu görüşdə hər hasnı konkret nəticələrin olmayacağını bilərək danışıqlara gedir. Azərbaycan bununla göstərmək istəyir ki, istənilən halda danışıqlara hazırdır. Bu, ona görə edilir ki, Ermənistan Qərbdəki havadarları vasitəsilə Azərbaycanın danışıqlardan yayınması fikrini ortaya atmasın".

Qeyd edək ki, nazirlərin görüşü ilə bağlı razılıq Almaniya Kansleri Olaf Şoltsun təşkil etdiyi görüş çərçivəsində əldə edilmişdi.
Hazırda Berlində davam edən görüşün nəticələri ilə bağlı fikirlər müxtəlifdir. Çünki Azərbaycan və Ermənistan arasında son günlər şərti sərhəddə atəşkəsin pozulması şəraitində baş tutan görüş tərəflər arasında gərginliyin yüksək olduğunu deməyə əsas verir.
Ekspertlər hesab edirlər ki, Ermənistan tərəfinin Fransadan aldığı silahlar və Fransanın müdafiə naziri Lekornunun İrəvana səfəri Paşinyan administrasiyasının ritorikasında da dəyişiklik yaradıb. Fransa KİV-nə müsahibə verən Ermənistan baş nazirinin açıqlamaları göstərir ki, Ermənistan hökuməti Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün xarici havadarlarından yeni təlimatlar alıb.
Xəbər lenti
0