DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ diplomatları Türkiyə şirkətlərini Rusiya ilə ticarətə görə hədələyirlər

© AP Photo / Lefteris PitarakisTürkiyə lirəsi
Türkiyə lirəsi - Sputnik Azərbaycan, 1920, 27.02.2024
Abunə olmaq
Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov ötən ilin sonunda ABŞ-ın sanksiyalarının sərtləşdirilməsinin Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi münasibətlərdə ciddi çətinliklər yaratdığını bildirib.
BAKI, 27 fevral — Sputnik. ABŞ-ın Ankara və İstanbuldakı səfirliyi və baş konsulluğunun diplomatları Türkiyə şirkətlərinə və maliyyə qurumlarına baş çəkərək, onları Rusiya ilə ticarət əlaqələrinə görə hədələyirlər.
"Aydınlık" qəzeti bu barədə mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, ABŞ-ın Türkiyədə çalışan səfirlik və konsulluq əməkdaşları şirkətləri sanksiyalar siyahısına salmaqla hədələyirlər. Adının açıqlanmasını istəməyən şirkət əməkdaşı bildirib ki, həmin şəxslərdən biri ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun ixraca nəzarət üzrə mütəxəssisi Gülin Kan Yükseltandır.
Adlarını açıqlamayan iş adamları, həmçinin bildiriblər ki, səfər zamanı Amerika rəsmiləri onlara sanksiya siyahısına salınacaqları ilə bağlı şəxsən xəbərdarlıq ediblər.
Bundan əvvəl Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov ötən ilin sonunda ABŞ-ın sanksiyalarının sərtləşdirilməsinin Rusiya ilə Türkiyə arasında ticarət-iqtisadi münasibətlərdə ciddi çətinliklər yaratdığını bildirib.
Bundan başqa, məlum olub ki, Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar çərçivəsində Çin, Hindistan və Türkiyə şirkətlərinə məhdudiyyətlər qoya bilər.
Xəbər lenti
0