Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Səudiyyə Ərəbistanı Futbol Federasiyası Ronaldonun meydandakı davranışlarını araşdıracaq

© AFP 2023 / FAYEZ NURELDINE "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldo
 Əl-Nəsrin portuqaliyalı hücumçusu Kriştianu Ronaldo - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
Qeyd olunur ki, bu hərəkət oyun zamanı argentinalı hücumçu Lionel Messinin adını qışqıran rəqib azarkeşlərə ünvanlanıb.
BAKI, 26 fevral — Sputnik. Səudiyyə Ərəbistanı Futbol Federasiyası "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldoya qarşı milli çempionat oyununda "Əş-Şəbab" azarkeşlərinə etdiyi hərəkətə görə araşdırmalara başlayıb. Bu barədə "The Telegraph" qəzeti "Asharq al-Awsat" nəşrinə istinadən məlumat yayıb.
Fevralın 25-də "Əl-Nəsr" səfərdə "Əş-Şabab"ı məğlub edib (3:2). Ronaldo 87-ci dəqiqədə qələbə qolunu vurub. Final fitindən sonra portuqaliyalı əlini qulağının dibinə qoyub, daha sonra çanaq nahiyəsini bir neçə dəfə işarə edib. Qeyd olunur ki, bu hərəkət oyun zamanı argentinalı hücumçu Lionel Messinin adını qışqıran rəqib azarkeşlərə ünvanlanıb. Qəzetin materialında deyilir ki, epizod Səudiyyə Ərəbistanı Futbol Federasiyasının nizam-intizam komitəsi tərəfindən təhlil ediləcək.
Fevralın 8-də "Əl-Hilal" və "Əl-Nəsr" komandaları arasında keçirilən yoldaşlıq oyunundan (2:0) sonra tribunaya çıxan Ronaldo yerdən "Əl-Hilal" şərfini götürərək onu bir neçə dəfə qasıq nahiyəsinə sürtüb, sonra yerə atıb. Həmin oyun zamanı "Əl-Hilal" azarkeşləri də Ronaldonun qarşısında Messinin adını səsləndiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0