Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Parlamentdə ölkənin su təsərrüfatı ilə bağlı dinləmə keçiriləcək

© Sputnik / Emin AlisahibKöndələnçay su anbarı
Köndələnçay su anbarı  - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri qeyd edib ki, Azərbaycan qlobal miqyasda dekorbanizasiyanın təsirinə birbaşa məruz qala biləcək ölkələrdən biridir.
BAKI, 26 fevral — Sputnik. Milli Məclisdə "Ölkənin su təsərrüfatı: nəticələr, problemlər və çağırışlar" mövzusunda ictimai dinləmə keçiriləcək. Toplantı parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə fevralın 28-də baş tutacaq.
İclasda deputatlarla yanaşı, müvafiq qurumların nümayəndələrinin iştirak etməsi gözlənilir.
Xatırladaq ki, bundan öncə iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov bildirib ki, Azərbaycanda 2025-ci ilə qədər ortamüddətli, 2030-cu ilə qədər isə uzunmüddətli dövrdə iqlim dəyişiklikləri ilə əlaqədar ölkənin su təhlükəsizliyinin təmin edilməsi üçün transsərhəd sulardan asılılığın azaldılması, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikilməsi, alternativ sulardan istifadənin genişləndirilməsi, suvarma suyundan səmərəli istifadə mexanizminin hazırlanması hədəflənir.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeyster isə qeyd edib ki, Azərbaycan qlobal miqyasda dekorbanizasiyanın təsirinə birbaşa məruz qala biləcək ölkələrdən biridir:

"Azərbaycan növbəti illərdə həm su qıtlığı, həm də esktremal isti hava kütləsi ilə üzləşəcək. Bu, xüsusilə kənd təsərrüfatına təsir edəcək".

© AFP 2023 / DANIEL LEAL-OLIVASUşaq əllərini yuyur
Ребенок моет руки, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Uşaq əllərini yuyur
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub ki, Abşeron yarımadasında suyun təkrar istifadəsi sisteminin qurulması gələcək su qıtlığı ilə mübarizə baxımından, habelə Bakının 2040-cı ilədək davamlı inkişafının dəstəklənməsi nöqteyi nəzərindən vacib olan təbii su dövriyyəsinin bərpası baxımından çox vacibdir.
Baş Planın icrasının dəstəklənməsi baxımından suyun təkrar istifadəsinin aşağıdakı faydaları olacaq:
yaşıllıqların, ictimai sahələrin, parkların, idman meydançalarının, yaşıl zolaqların, qolf sahələrinin və landşaft sahələrinin suvarılmasının (və sərinləşdirilməsinin) dəstəklənməsi; mümkün yerlərdə ictimai-işgüzar zonaların ətrafındakı yaşıllıqların, xüsusi parkların və yaşayış ərazilərindəki yaşıllıqların suvarılması; axar su kanallarının ictimai istirahət məkanı kimi inkişafı;
təmizlənmiş tullantı sularının kommunal və texniki məqsədlər üçün (emal, təmizləmə, yanğınsöndürmə, soyutma və s.), kənd təsərrüfatında, təsərrüfat və bağ/əkinçilik sahələrində istifadəsi və daha baha başa gələn içməli suya qənaət edilməsi;
göllərin su balansının bərpası, torpaqların keyfiyyətinin yaxşılaşdırılması, şəhərətrafı ərazilərdə geniş yayılmış səhralaşmanın aradan qaldırılması, yeraltı su sistemlərinin balansının qorunması və s. kimi təbii və yarı-təbii ərazilərin dəstəklənməsi.
Vurğulanıb ki, Bakını gələcəyə hazır olan bir şəhər kimi inkişaf etdirmək üçün Baş plan çərçivəsində bütün layihə ərazisində təbii yaşıllıqların və açıq məkanların ümumi ərazidəki payının minimum 10%-ə çatdırılması hədəflənib. Bu məqsədə nail olmaq və 2040-cı ilə qədər Bakı və Abşeronun iqlimə uyğun, dayanıqlı və funksional təbii ekosistemə malik ərazi kimi inkişafını təmin etmək məqsədilə Baş Plan çərçivəsində Abşeronun ətraf mühitinin və ekoloji şəraitinin sağlamlaşdırılması üçün aşağıdakı 2 rmərhələli yanaşmanın tətbiqi təklif olunur:
Abşeronun mədəni landşaftının qorunması, təbii yaşıllıqların və açıq məkanların sayının artırılması;
Abşeronun zəngin mədəni landşaftının gücləndirilməsi.
© Sputnik / Emin AlisahibSuqovuşan bəndində təmir işləri
Suqovuşan bəndində təmir işləri - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Suqovuşan bəndində təmir işləri
Əlavə edək ki, "Qarabağ bölgəsində su və irriqasiya infrastrukturunun yenidən qurulması" mövzusunda konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında "Azərsu" ASC-nin sədrinin müşaviri Çingiz Abdullayev bildirib ki, Füzuli şəhərində xarici su təchizatı sistemlərinin və mərkəzi anbarların tikintisi davam etdirilir.
2023-cü il may ayında Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub. 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanmış layihə çərçivəsində ilkin mərhələdə şəhərin xarici su təchizatı sistemlərinin və mərkəzi anbarların tikintisi işləri həyata keçirilir.
Qeyd edilib ki, Füzuli şəhərində məskunlaşan əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Bu məqsədlə 1980-ci illərdə Quruçayın məcrasında tikilmiş və işğal dövründə yararsız hala salınmış drenaj sistemləri bərpa edilib. Su mənbəyində ümumi tutumu 100 kubmetr olan 2 sutoplayıcı rezervuar və nasos stansiyası, magistral su kəməri inşa edilib. Tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə təxirəsalınmaz tədbir kimi ümumi məhsuldarlığı sutkada 600 kubmetr olan 4 ədəd modul tipli təmizləyici qurğu da quraşdırılıb.
"İşğaldan azad olunmuş ərazilərdə içməli, tullantı və yağış suları sistemlərinin idarə olunması, su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə Xankəndi, Şuşa, Zəngilan, Qubadlı, Ağdam, Laçın, Füzuli, Xocavənd, Cəbrayıl, Kəlbəcər və Xocalı sukanal sahələrindən ibarət Qarabağ Regional Sukanal idarəsi yaradılıb" - deyə Ç.Abdullayev əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0