NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Dolların bahalaşması nefti ucuzlaşdırır

© AP Photo / Richard DrewBirja, arxiv
Birja, arxiv - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
Tələbin yavaşlaması ilə bağlı narahatlıqlar keçən həftənin sonunda neft qiymətlərinin təxminən 3% ucuzlaşmasına səbəb olub.
BAKI, 26 fevral — Sputnik. Dünya bazarlarında neft qiymətləri ucuzlaşıb. "Brent" markalı neft 35 sent ucuzlaşaraq 81,27 dollara, ABŞ-nin Qərbi Texas nefti (WTI) 35 sent azalaraq 76,14 dollara düşüb.
Dolların bahalaşması neftin ucuzlaşmasına səbəb olub. Güclü dollar nefti digər valyuta sahibləri üçün bahalaşdırır. Bu zaman neftə olan tələb aşağı düşür.
Qeyd edək ki, ABŞ-də neft hasilatının artması, Çində zəif tələb narahatlıqları OPEC-in hasilat azaltmasını kompensasiya etdiyi üçün neft qiymətləri noyabr ayından bir barel üçün 70-90 dollar arasında ticarət olunur.
Tələbin yavaşlaması ilə bağlı narahatlıqlar keçən həftənin sonunda neft qiymətlərinin təxminən 3% ucuzlaşmasına səbəb olub.
Xatırladaq ki, keçən həftənin sonunda "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,03 dollar azalaraq 86,11 dollar təşkil edib.
"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 dollardan hesablanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0