CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün İmişlidə qaz olmayacaq

© AFP 2023 / CHAIDEER MAHYUDDINQaz balonları, arxiv
Qaz balonları, arxiv - Sputnik Azərbaycan, 1920, 26.02.2024
Abunə olmaq
Qaz təchizatı dayandırılan müddətdə İmişli şəhəri daxil olmaqla, rayonun 2 qəsəbəsinin və 20 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BAKI, 26 fevral — Sputnik. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Qaz İxrac" idarəsi tərəfindən "İmişli 1" ölçü qovşağının təftiş edilməsi, həmçinin "İmişli 2" qaz ölçü qovşağının istismara verilməsi məqsədilə impuls xətlərinin çəkilməsi, çoxparametrli sensorun və daraldıcı qurğunun quraşdırılması ilə bağlı 26.02.2024-cü il tarixində saat 14:00-dan 18:00-dək "İmişli 1" ölçü qovşağından qazın nəqlinin dayandırılması planlaşdırılır.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə İmişli şəhəri daxil olmaqla, rayonun 2 qəsəbəsinin (Yeni Bəhrəmtəpə və Bəhrəmtəpə Məcburi Köçkünlər qəsəbələri) və 20 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xatırladaq ki, bundan öncə Bakının Suraxanı rayonunun qaz təchizatında fasilə yaranmışdı. Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə qaz təchizatı dayandırılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0