Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Sabah paytaxtda bəzi marşrut avtobuslarının hərəkəti dəyişəcək

© Sputnik / Zulfiyya GuluyevaBakıda avtobus zolağı
Bakıda avtobus zolağı - Sputnik Azərbaycan, 1920, 25.02.2024
Abunə olmaq
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
BAKI, 25 fevral - Sputnik. Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar fevralın 26-da müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.
Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
Xəbər lenti
0