SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan dünyanın Qarabağın işğalına və Xocalı qətliamına səsini çıxarmamasından danışdı

© AFP 2023 / ADEM ALTANTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.02.2024
Abunə olmaq
Türkiyə prezidenti bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə, Türkiyə həqiqətlərinə də eyni şəkildə səssiz yanaşırlar.
BAKI, 24 fevral - Sputnik. Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil oluna mitinqdə çıxışı zamanı deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: “BMT Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bütün bunlar onu deməyə əsas verir ki, bu qurum artıq işlək deyil”.
R.T.Ərdoğan söyləyib ki, beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar: "Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Özümüz özümüzü qorumalıyıq. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər".
Xəbər lenti
0