Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılışı olub

© Photo : AZERTAGBakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Abunə olmaq
Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
BAKI, 23 fevral — Sputnik. Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Milli Gimnastika Arenasındakı tədbirdə ilk olaraq iştirakçı ölkələrin bayraqları nümayiş olunub.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva qonaqları salamlayıb:
"Yarışlara xoş gəlmisiniz. Bakı 7-ci dəfədir ki, bu turnirə ev sahibliyi edir. Təmsilçilərimiz bu növlərdə uğurlar qazanıblar. Əldə olunan nailiyyətlərə və idmana göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Bütün idmançılara uğurlar arzulayıram və Dünya Kubokunu açıq elan edirəm".
© Photo : AZERTAGBakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Batut gimnastikası üzrə Dünya Kuboku fərdi proqramda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışda batut üzrə 32, tamblinqdə 6 ölkə təmsilçiləri çıxış edəcəklər. Ümumilikdə isə 300 idmançı bacarığını göstərməyə çalışacaq.
Batut gimnastikası üzrə yarışda Azərbaycanı qadınlar arasında Dünya Kubokunun gümüş mükafatçısı, FIG Kubokunun qalibi Selcan Mahsudova (fərdi çıxış), kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi Hüseyn Abbasov (fərdi və sinxron çıxışlar), beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış) təmsil edirlər. Turnirdə həm kişilər, həm də qadınlar arasında fərdi proqramda batut gimnastikası və tamblinq üzrə ən yüksək icra xalı, eləcə də ilk dəfə batut gimnastikası üzrə sinxron proqramda ən yüksək sinxron xalı toplayan gimnastlar "AGF Trophy Kuboku" ilə təltif ediləcəklər.
© Photo : AZERTAGBakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi - Sputnik Azərbaycan, 1920, 23.02.2024
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi
Qeyd edək ki, batut gimnastikası Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayıb.
Bu, ölkəmizin batut gimnastikası üzrə təşkil etdiyi 7-ci Dünya Kubokudur.
Tamblinq üzrə yarışda Avropa və ikiqat dünya çempionu Mixail Malkin, komanda hesabında dünya çempionları Adil Hacızadə və Tofiq Əliyev, gənclər arasında Avropa çempionatının komanda hesabında bürünc mükafatçısı Bilal Qurbanov çıxış edəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0