DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransanın müdafiə naziri Ermənistanın hərbiləşdirilməsi məqsədilə İrəvana səfər edəcək

© AFP 2023 / LUDOVIC MARINFransanın müdafiə naziri Sebastyan Lekornu
Fransanın müdafiə naziri Sebastyan Lekornu - Sputnik Azərbaycan, 1920, 22.02.2024
Abunə olmaq
Lekornunun sözlərinə görə, məqsəd Ermənistana kömək etmək, xüsusən də onun müdafiə potensialını artırmaqdır. Söhbət yer-hava müdafiəsi və zirehli maşınların təmin edilməsindən gedir.
BAKI, 22 fevral — Sputnik. Fransanın müdafiə naziri Sebastyan Lekornu yaxın vaxtlarda Ermənistana səfərə gedəcək.
Lekornu RTL radiosunda deyib ki, yaxın vaxtlarda parlamentarilər və istehsalçılardan ibarət böyük nümayəndə heyəti ilə Ermənistana gedəcək.
O bildirib ki, tarixdə ilk dəfədir ki, Fransanın müdafiə naziri Ermənistana gedir.
Onun sözlərinə görə, Ermənistan ciddi təhlükəsizlik problemləri, suverenlik və sərhədlərin mühafizəsi məsələləri ilə üzləşib.
"Bizim məsuliyyətimiz Ermənistana kömək etmək, xüsusən də onun müdafiə potensialını artırmaqdır" - o qeyd edib.
Lekornunun sözlərinə görə, söhbət yer-hava müdafiəsi və zirehli maşınların təmin edilməsindən gedir, lakin bunlar sırf müdafiə məqsədləri üçündür.
Bir gün əvvəl Parisdə Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqlar aparılıb.
Makron qeyd edib ki, Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək.
İrəvan 2023-cü ildə Parisdən hərbi yardım almağa başlayıb. Ermənistan ordusu üçün zirehli texnikanın ilk partiyası Gürcüstan vasitəsilə respublikaya gətirilib. 2023-cü il oktyabrın sonunda Fransanın müdafiə naziri Sebastyan Lekornu bəyan edib ki, Paris Ermənistana üç "Ground Master 200 "(GM200) radar sistemi satmaq niyyətindədir. Lekornu əlavə edib ki, Fransa Ermənistan hərbçilərinə hava hücumundan müdafiə sahəsində də təlim keçəcək.
Эмманюэль Макрон - Президент Франции
 - Sputnik Azərbaycan, 1920, 22.02.2024
SİYASƏT
Makronun hansı açıqlaması Azərbaycan XİN-i cavab verməyə məcbur edib
Xəbər lenti
0