CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün qar yağma ehtimalı var - Proqnoz

© Sputnik / Murad OrujovBakıda qar, arxiv
Bakıda qar, arxiv - Sputnik Azərbaycan, 1920, 21.02.2024
Abunə olmaq
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
BAKI, 21 fevral - Sputnik. Fevralın 21-də Azərbaycanda havanın yağıntılı olacağı, bəzi yerlərə qar yağacağı gözlənilir. Milli Hidromoterologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gün ərzində bəzi yerlərdə fasilələrlə havanın yağıntılı olacağı ehtimalı var. Zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu 5-7° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda havanın arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 6-10°, dağlarda 3° şaxtadan 2°-dək isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0