Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın xüsusi hərbi əməliyyatı davam etdirmək üçün bütün iqtisadi imkanları var

© Sputnik / Станислав Красильников / Mediabanka keçidRusiya tankı
Rusiya tankı - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Rusiya Qərbin tətbiq etdiyi sanksiyaların təsirini azaltmaq üçün lazımi tədbirlər görür.
BAKI, 20 fevral — Sputnik. İqtisadi baxımdan Rusiyanın xüsusi hərbi əməliyyatı (XHƏ) davam etdirmək üçün hər cür imkanı var.
Bu barədə Rusiya mediası "Business Insider" nəşrinə istinadən xəbər verib.
"Sırf iqtisadi baxımdan, Moskvanın hərbi əməliyyatları davam etdirmək üçün əhəmiyyətli imkanları var" - rusiyalı ekspert Hassan Malik deyib.
Ekspert vurğulayıb ki, 2022-ci ildə Rusiya iqtisadiyyatı 1,2% azalıb, Ukraynanın ÜDM-i isə həmin il 29,1% azalıb. Hassan qeyd edib ki, Rusiya enerji resursları, kənd təsərrüfatı və metallurgiya sahəsində tutduğu mövqeyə görə əsas qlobal iqtisadiyyatdır.
Onun sözlərinə görə, Rusiyada iqtisadiyyatı gücləndirmək üçün görülən tədbirlər, məsələn, malların ixracında Çin və Hindistana istiqamətləndirmə və yeni tədarük zəncirləri Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların təsirini daha da azaldır.
Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktorunun birinci müavini Gita Qopinat Rusiya iqtisadiyyatının müsbət artım ərazisində möhkəm olduğunu bildirib.
Rusiya Prezidenti Vladimir Putin Xabarovskda Sakit okean Dövlət Universitetində sahibkarlarla görüşü zamanı Rusiya Federasiyasının hərtərəfli təzyiq şəraitində böyük iqtisadi nailiyyətlər əldə etdiyini qeyd edib. Dövlət başçısının sözlərinə görə, Rusiya iqtisadiyyatı 2023-cü ildə Avropada birinci olub.
Xəbər lenti
0