DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qərb hərbi əməliyyatlara getdikcə daha çox müdaxilə edir - Belarus DTK-nın rəhbəri

© Sputnik / Виктор Толочко / Mediabanka keçidBelarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri İvan Tertel
Belarus Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri İvan Tertel - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Belarus DTK-nın rəhbəri bildirib ki, Rusiya ərazisində terror və təxribat aktlarının həyata keçirilməsi, cinayətkarların və terror vasitələrinin Belarus ərazisindən tranzitlə çatdırılmasında Qərb ölkələri birbaşa iştirak edirlər.
BAKI, 20 fevral — Sputnik. Bir sıra Qərb ölkələri təkcə Kiyevə silah tədarükü ilə məşğul olmur, həm də Rusiya Federasiyasında birbaşa təxribatda, o cümlədən Belarus ərazisi vasitəsilə tranzit zamanı terror aktları törədənlərin və vasitələrin çatdırılmasında iştirak edir. "Belta" xəbər verir ki, Belarus DTK-nın rəhbəri İvan Tertel bildirib.
"Qərb hərbi əməliyyatlara daha çox getdikcə müdaxilə edir. Böyük Britaniya, ABŞ, Fransa, Polşa və digər ölkələrin kəşfiyyat xidmətləri və müdafiə nazirlikləri artıq Ukrayna tərəfini silahla təmin etməklə kifayətlənmir. Qərb ölkələri həm də planların hazırlanmasında, Rusiya ərazisində terror və təxribat aktlarının həyata keçirilməsi, cinayətkarların və terror vasitələrinin Belarus ərazisindən tranzitlə çatdırılmasında birbaşa iştirak edirlər", – Tertel qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0