DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Patogen mikroflora üçün maqnit": fitnes qolbaqları və ağıllı saatların təhlükələri nədir

© AFP 2023 / SAFIN HAMEDİdman
İdman - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Belə saatların təhlükəsi, bəlkə də səthində yoluxucu xəstəliklərin patogenlərinin də tapıldığı telefonla müqayisə edilə bilər.
BAKI, 19 fevral — Sputnik. Fitnes qolbaqları və ağıllı saatlar səthində müxtəlif bakteriyalar toplaya bilər ki, bu da müxtəlif xəstəliklərə, o cümlədən pnevmoniya və salmonellyoza səbəb ola bilər. Bu barədə Florida Atlantik Universitetinin tədqiqatçıları bildiriblər.
Bunun həqiqətən belə olub-olmadığını və bilək aksesuarlarının başqa necə təhlükəli ola biləcəyini "Veçernyaya Moskva" ümumi praktik həkim Larisa Alekseyevadan öyrənib.
Mütəxəssisin fikrincə, insanın əlinə taxdığı hər hansı aksesuar "patogen mikrofloranın maqnitidir".

"Belə saatların təhlükəsi, bəlkə də səthində yoluxucu xəstəliklərin patogenlərinin də tapıldığı telefonla müqayisə edilə bilər. Fikirləşin - gün ərzində bu cihazlara yüzlərlə dəfə toxunuruq, bundan sonra patogenlər üçün giriş qapısı kimi çıxış edən selikli qişa ilə təmasda oluruq" - Alekseyeva bildirib.

Onun sözlərinə görə, pnevmoniya və salmonellyozdan savayı, mütəxəssisin qeyd etdiyi kimi, insanda göbələk xəstəliyi yarana bilər.
"Saat qayışı və ya qolbağının ətrafında çoxlu çirk, toz və epidermal hissəciklər toplanır. Cihazları vaxtaşırı təmizləmə və dezinfeksiya etməsəniz, göbələk və ya digər dəri xəstəliklərinə tutula bilərsiniz" - Alekseyeva dəqiqləşdirib.
Eyni zamanda, bir çox insanlar yatarkən aksesuarı çıxarmağı unudurlar ki, bu da onların səhhətinə təsir edir.

"Əli 24 saat müddətində qayışla sıxmaq qan damarlarının fəaliyyətinə pis təsir edə bilər. Cihaz yuxu prosesinin özünü poza bilər ki, bu da sonradan yuxusuzluğun inkişafına təkan verə bilər" - Terapevt xəbərdarlıq edib.

Onun sözlərinə görə, belə problemlərin qarşısını almaq üçün cihazı yalnız faktiki istifadə etdiyiniz müddətdə şəbəkəyə taxmalısınız.
"Gecələr aksesuarlardan uzaq olmaq, bədəninizə istirahət vermək lazımdır. Saatı isə gün ərzində taxıb vaxtaşırı səthinin və qayışının üzərini silməklə təmiz saxlamaq olar" - Alekseyeva məsləhət görüb.
Terapevt, həmçinin gecə yatmazdan əvvəl yuxunun keyfiyyətinə təsir edə biləcək smartfon və digər qadcetlərdən istifadə etməməyi də tövsiyə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0