CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitənin Şüvəlan nümayəndəliyi həmin qızlarla görüşəcək - Rəsmi açıqlama

© iStock.com / GeorgiaCourtZorakılıq, arxiv
Zorakılıq, arxiv - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Eksklüziv
Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.
BAKI, 20 fevral — Sputnik. "Məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürüb. Komitənin Şüvəlandakı nümayəndələri, psixoloqu həmin məktəblilərlə görüşəcək".
Bunu Sputnik Azərbaycan-a açıqlamasında Komitənin mətbuat katibi Teymur Mərdanoğlu bildirib. O əlavə edib ki, hazırda faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır, iş üzrə ekspertiza təyin olunub. Aparılan araşdırmanın nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, dünən sosial şəbəkədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video yayılıb.
Məktəbin şagirdi olduğu bildirilən Rzaguliyeva Dilarə Rza qızı məktəb yoldaşına qarşı etdiyi qısnayıcı hərəkətlərini videoya çəkdirərək sosial şəbəkədə paylaşıb. Həmin videolardan görünür ki, D.Rzaquliyeva məktəb yoldaşının alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir.
Hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlamasında paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürüldüyünü qeyd edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi vəzifəsini icra edən Elşad Hacıyev bullinqə məruz qalan şagirdlə bağlı açıqlama yayıb.
"Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır" - E.Hacıyev sosial şəbəkə hesabında yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0