Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanın qara kürüsü hara axır?

© Sputnik / Elnur Salayevİnfoqrafika. Azərbaycandan qara kürü ixracı
İnfoqrafika. Azərbaycandan qara kürü ixracı - Sputnik Azərbaycan, 1920, 20.02.2024
Abunə olmaq
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan Rusiya, ABŞ, BƏƏ, Sinqapur və digər ölkələrə nərə balıqlarının kürüsünü ixrac edib. Bu kürünün ixracı ilə bağlı ətraflı məlumat Sputnik Azərbaycan-ın infoqrafikasında.
Azərbaycan nərə balığı kürüsünün ixracını artırıb. Ötən ilin yanvar-noyabr aylarında respublika 487,1 min dollar dəyərində olan bu məhsulun 530 kiloqramını xarici ölkələrə tədarük edib.
© Sputnik / Elnur Salayevİnfoqrafika: Azərbaycanda qara kürü ixracı
İnfoqrafika: Azərbaycanda qara kürü ixracı - Sputnik Azərbaycan, 1920, 19.02.2024
İnfoqrafika: Azərbaycanda qara kürü ixracı
Bu göstərici 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə dəyər ifadəsində 1,7 dəfə, kəmiyyət ifadəsində isə 2,2 dəfə çoxdur.
2023-cü ilin qeyd olunan dövründə Azərbaycan Rusiya, ABŞ, BƏƏ, Sinqapur və digər ölkələrə nərə balıqlarının kürüsünü ixrac edib. Yanvar-noyabr aylarında respublikadan Rusiya Federasiyasına 109 min dollar dəyərində 170 kq kürü göndərilib. Bir kiloqramın orta ixrac qiyməti 641 dollar təşkil edib.
Xəbər lenti
0