Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Paşinyanın Ukrayna ilə bağlı mövqeyinə reaksiya verdi

© AFP 2023 / YEVGENY BIYATOVNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 19.02.2024
Abunə olmaq
Kremlin mətbuat katibi bildirir ki, Rusiya Ermənistanın Ukrayna ilə bağlı mövqeyi ilə razılaşmır və bunun doğru olduğunu israrla izah etməyə davam edəcək.
BAKI, 19 fevral — Sputnik. Ermənistanın Ukrayna ilə bağlı mövqeyi Moskvaya yaxşı məlumdur.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya və Ermənistanın Ukrayna ilə bağlı diametral şəkildə əks baxışları var və Moskva İrəvanın mövqeyini yaxşı bilir.
Peskov vurğulayıb ki, Rusiya Ermənistanın Ukrayna ilə bağlı mövqeyi ilə razılaşmır və bunun doğru olduğunu israrla izah etməyə davam edəcək.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında ölkəsinin Ukrayna məsələsində Rusiya ilə müttəfiq olmadığını açıqlayıb.
Xəbər lenti
0