CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP yükdaşıma qaydalarını pozan sürücülərə xəbərdarlıq etdi

© AFP 2023 / SAMEER AL-DOUMYГрузовики
Грузовики - Sputnik Azərbaycan, 1920, 19.02.2024
Abunə olmaq
Yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək.
BAKI, 17 fevral - Sputnik. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yükdaşıma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir.
İdarədən verilən xəbərə görə, yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır. Belə ki, nəqliyyat vasitəsinin müəyyən edilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınmaz proseslərin baş verməsinə birbaşa təsir göstərir.
Sadalanan hallar təkcə yük daşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir.
"DİN-in Baş DYP İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək" - məlumatda qeyd edilib.
17.02.24, 16:53
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bildirilir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə həftə sonu Abşeron yarımadasında yağışın sulu qarla qarışıq, ölkənin dağlıq və dağətəyi ərazilərdə isə qar yağacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi sadalanan əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, xüsusilə gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, xüsusilə səfərə çıxan sürücülərə əlverişsiz havalarda daha diqqətli olmağı, sürət həddini meteoroloji şəraitə uyğun seçməyi, avtomobillərinin texniki sazlığından əmin olmağı, mövsümə uyğun təchiz edilməyən, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

"Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaradacağını nəzərə alaraq, onlardan daha diqqətli olmağı, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməyi xahiş edirik" - müraciətdə qeyd olunur.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0