CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Biletim.az" portalından daha 3 istiqamət üzrə onlayn bilet almaq mümkündür

© Sputnik / Irade JELILBakı avtovağzalı, arxiv şəkli
Bakı avtovağzalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.02.2024
Abunə olmaq
Mobil cihazlar üçün "Biletim" mobil tətbiqini "App Store" və "Google Play"dən yükləmək mümkündür.
BAKI, 19 fevral — Sputnik. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində "biletim.az" portalına daha bir neçə məntəqə əlavə edilib. Bu barədə Sputnik Azərbaycan-a AYNA-dan məlumat verilib.
Xəbərdə bildirilib ki, sərnişinlər artıq Bakıdan Siyəzən və Sabirabada, eləcə də Sumqayıtdan Xudata və əks-istiqamətlərə hərəkət edən avtobuslara onlayn bilet ala bilərlər. Həmçinin portala daha əvvəl mövcud olan Bakı – Şabran, Bakı – Ağcabədi və Bakı – Oğuz marşrutları üzrə əlavə reyslər daxil edilib.
Artıq "biletim.az" portalında 45 şəhər və rayona, 68 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 131, nəqliyyat vasitələrinin sayı isə 295-dir.
Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.
Bilet əldə etmək üçün sərnişinlər "biletim.az" saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün "Biletim" mobil tətbiqini "App Store" və "Google Play"dən yükləmək mümkündür.
Xəbər lenti
0