CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda sulu qar yağacaq - Proqnoz

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidSulu qar, arxiv
Sulu qar, arxiv - Sputnik Azərbaycan, 1920, 18.02.2024
Abunə olmaq
Bəzi dağlıq və dağətəyi ərazilərdə qar yağacağı ehtimal olunur.
BAKI, 18 fevral - Sputnik. Fevralın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə arabir yağıntılı olacağı, yarımadanın ayrı-ayrı yerlərində yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu 3-7° isti, dağlarda 0-5° şaxta olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0