CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlar təbii ehtiyaclarını necə ödəyirlər? 586 şagirdin oxuduğu məktəbdə tualet yoxdur

© iStock.com / GlobalStockMəktəb
Məktəb - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
Direktor Asya Maqsudova hazırda məktəbdə müəllimlər üçün ayaqyolunun olduğunu, şagirdlərin isə ora buraxılmadığını bildirib.
BAKI, 16 fevral — Sputnik. Sosial şəbəkələrdə Salyan Rayon Qarabağlı kənd 2 saylı orta məktəbin ayaqyolunun antisanitar vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb. Yayılan görüntülərdə məktəbin ayaqyolunun qapısının və unitazının olmadığı antisanitar vəziyyət əks olunub.
Salyan Rayon Qarabağlı kənd 2 saylı orta məktəbin direktoru Asya Maqsudova Sputnik Azərbaycan -a açıqlamasında bildirib ki, məktəbin sanitar qovşağının tikintisi hələ tam başa çatmayıb.
"Elm və Təhsil Nazirliyi tərəfindən hal hazırda Qarabağlı 2 saylı tam orta məktəbin şagirdləri üçün yeni sanitar qovşağının tikinti işləri davam etdirilir, yaxın müddətdə yeni sanitar qovşağı şagirdlərin istifadəsinə veriləcək" - direktor bildirib.
Asya Maqsudova onu da əlavə edib ki, hazırda məktəbin şagirdlər üçün ayaqyolu yoxdur. Yalnız qızlar müəllimlər üçün ayrılmış ayaqyolundan istifadə edirlər. Oğlan şagirdlərin isə bu ayaqyolundan istifadə etməsinə icazə verilmir. Yaxın bir həftə ərzində məktəbin şagirdlər üçün nəzərdə tutulmuş ayaqyolunun tikintisi başa çatdıqdan sonra oğlan şagirdlər də həmin sanitar qovşaqdan istifadə edəcəklər.
Asya Maqsudova bildirib ki, məktəbdə 586 şagird təhsil alır.
Kənd sakinləri isə sentyabr ayından indiyədək məktəbin ayaqyolunun tikintisinin başa çatdırılmadığından şikayətləniblər.
Xəbər lenti
0