CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siyavuş Novruzovdan unikal cəza təklifi: "15 gün küçə süpürtmək"

© Sputnik / Murad OrujovSiyavuş Novruzov
Siyavuş Novruzov - Sputnik Azərbaycan, 1920, 16.02.2024
Abunə olmaq
Deputat deyib ki, iki ildən sonra başqa ölkələrin səmasında uçan taksilər fəaliyyət göstərəcək. Biz də tramvayın yox, uçan taksilərin xəyalını qurmalıyıq.
BAKI, 16 fevral - Sputnik. Deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında paytaxt yolları, ödənişili yol və Bakıya tramvay xətlərinin qaytarılması ilə bağlı maraqlı fikirlər səsləndirib.
"Şəhərdə artıq 3 yol müəyyənləşib - Avtobus, velosiped və digər maşınlar üçün yollar. Bu sıxlıqda onların necə idarə olunması məsələsi problem yaradır. Avtobus yoludursa, mütəmadi boş saxlanılır və digər avtomobillər ora daxil olan kimi cərimələnir. Bunu elə tənzimləmək olar ki, avtobuslar olmayanda digər maşınlar da bu yola daxil olsun. Avtobus gələndə isə həmin yollar boşaldılsın" - deputat deyib.
Gələcəkdə Bakıda tramvay yollarının bərpa edilməsi barədə cəmiyyətdə gedən müzakirələrə toxunan Novruzov, adamları geri yox, irəli baxmağa dəvət edib: "Bir az irəli baxmaq lazımdır. Yaponiyada, Çində, Cənubi Koreyada, Birləşmiş Ərəb Əmirliklərində göydə uçan taksilər fəaliyyətə başlayır. İki ildən sonra görəcəyik ki, başqa ölkələrin səmasında həmin taksilər fəaliyyət göstərir. Biz o istiqamətdə düşünməliyik. Yeraltı nəqliyyatın daha çox istifadə olunmasından bəhrələnməliyik".
Deputat həmçinin qeyd edib ki, ödənişli yollardan sui-istifadə edənlər var və onlara layiqli cəza verilməlidir:
"Biri avtomobili yüksək sürətlə əksinə sürür. Digəri isə 200-lə avtomobili sürüb sosial şəbəkədə paylaşır. Bunlara cərimə ilə yanaşı 15 gün küçə süpürtmək lazımdır ki, heç olmasa, bu insanlar ağıllansın. Az qalıb bu insanları sosial şəbəkədə qəhrəmana çevirsinlər".
Xəbər lenti
0