https://sputnik.az/20240408/fikret-memmedov-ve-mubariz-qurbanli-hokumetin-yeni-terkibinden-kenarda-qaldi-462675222.html
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib - SƏRƏNCAM
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib - SƏRƏNCAM
Sputnik Azərbaycan
İlham Əliyev bu iki adama niyə yenidən etimad göstərmədi?
2024-04-08T13:33+0400
2024-04-08T13:33+0400
2024-04-08T13:34+0400
sərəncam
siyasət
prezident ilham əliyev
dini qurumlar üzrə dövlət komitəsi
ədliyyə naziri fikrət məmmədov
fikrət məmmədov
mübariz qurbanlı
https://cdnn1.img.sputnik.az/img/40941/95/409419544_38:0:1000:541_1920x0_80_0_0_6ba9e2ddc943f33a31fadba294c97aa6.jpg
BAKI, 8 aprel — Sputnik. Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Qeyd edək ki, R.Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif edilib. İngilis və rus dillərini bilir.O, 2020-ci ildə 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.16.02.24Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Bundan əvvəl isə ədliyyə naziri Fikrət Məmmədov idi. Dövlət başçısının "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncamında F.Məmmədovun adı yoxdur. Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncamla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40941/95/409419544_279:0:1000:541_1920x0_80_0_0_8ef2fe32937c754cf20ed855947967f8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
ilham əliyev ədliyyə naziri komitə sədri vəzifədən uzaqlaşdırıldı
ilham əliyev ədliyyə naziri komitə sədri vəzifədən uzaqlaşdırıldı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib - SƏRƏNCAM
13:33 08.04.2024 (Yenilənib: 13:34 08.04.2024) Dövlət başçısının "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncamında ədliyyə naziri F.Məmmədovun adı yoxdur.
BAKI, 8 aprel — Sputnik. Ramin Ələmşah oğlu Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, R.Məmmədov 1979-cu il fevralın 17-də Ağdərə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini, eləcə də Beynəlxalq münasibətlər ixtisası üzrə magistr pilləsini bitirib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif edilib. İngilis və rus dillərini bilir.
O, 2020-ci ildə 64 saylı Sabirabad İkinci Seçki Dairəsindən Milli Məclisə deputat seçilib. Hazırda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, Bolqarıstan, Çin, Fransa, İsrail, İtaliya, Koreya, Serbiya, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Məmməd oğlu Cəfərova həvalə edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Bundan əvvəl isə ədliyyə naziri Fikrət Məmmədov idi.
Dövlət başçısının "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Sərəncamında F.Məmmədovun adı yoxdur.
Prezident İlham Əliyevin imzaladığı digər bir Sərəncamla Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.