Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Beş nəfərlik ailənin dəhşətli qətlindən sonra Bakı sakinlərini nə qorxudur?

Abunə olmaq
Azərbaycanda bu yaxınlarda baş vermiş dəhşətli faciə bütün paytaxt sakinlərini sözün əsl mənasında sarsıdıb. Bakı sakinlərinin indi nədən qorxduqları barədə daha ətraflı Sputnik Azərbaycan-ın videosunda.
BAKI, 16 fevral — Sputnik. Bu yaxınlarda Bakıda ağır ruhi xəstəlikdən əziyyət çəkən gəncin ikisi azyaşlı uşaq olmaqla, beş ailə üzvünü vəhşicəsinə qətlə yetirməsi barədə məlumat yayılıb.
Məlum olub ki, o, bir müddət özəl taksi fəaliyyəti ilə məşğul olub. Bu faciəli hadisə çoxları üçün ciddi psixoloji travmaya çevrilib. İndi bəzi insanlar taksiyə minməkdən qorxurlar, bəziləri isə övladlarını bir dəqiqə belə nəzarətsiz qoymaqdan narahat olurlar.
"Belə şeyləri gizlətmək olmaz. Onu vaxtında müvafiq xəstəxanaya yerləşdirmək lazım idi" - paytaxt sakinlərindən biri deyib.
Hazırda paytaxt sakinlərinin ən çox nədən qorxduğu barədə daha ətraflı məlumat əldə etmək üçün videomuzu izləyin.
Xəbər lenti
0