Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

"Qarabağ Universiteti"ndə turizmlə bağlı ixtisaslar olacaq

© Sputnik / Murad OrujovXankəndinə mənzərə, arxiv
Xankəndinə mənzərə, arxiv - Sputnik Azərbaycan, 1920, 22.04.2024
Abunə olmaq
Turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalması və karyera imkanları gənclərin bu sahəyə marağının artmasına səbəb olur
BAKI, 22 aprel — Sputnik. 2022-2023-cü tədris ilində Azərbaycanda ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə 1548 nəfər məzun olub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O qeyd edib ki, məzunların 718-i subbakalavr, 715 nəfəri bakalavr, 115 nəfəri isə magistr pilləsi üzrə turizm təhsillərini müvəffəqiyyətlə başa vurub:

"Həmçinin peşə təhsili müəssisələri tərəfindən təqdim edilən ixtisaslarda 340 nəfər məzun adını qazanıb. 30 illik işğaldan sonra azad edilmiş torpaqlarımızda bu yaxınlarda Prezidentin "Qarabağ Universiteti" yaratması ilə bağlı sərəncamı imzalanıb. Bu universitetdə turizmlə də bağlı ixtisaslar olacaq. Turizm təhsilinin əsas məqsədi turizmin bütün növləri üçün lazımi bilik və bacarığa malik insan kapitalını təmin etməkdir. Turizm sektorunda iş yerlərinin ildən-ilə çoxalması və karyera imkanları gənclərin bu sahəyə marağının artmasına səbəb olur".

Agentlik sədri deyib ki, Azərbaycana gələn turistlərin əksəriyyəti ölkənin tarixinə, mədəniyyətinə, irsinə, təbiətinə, mətbəxinə, qonaqpərvərliyinə heyran olur, eyni zamanda ölkədən yüksək məmnuniyyətlə ayrılır:
"Turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri də keyfiyyətli kadr potensialının olmasıdır. Turizm, istehlakçılara birbaşa xidmət göstərdiyi üçün insan resurslarının inkişafında maraqlıdır. Dövlət Turizm Agentliyinin tabeliyində 3 turizm təhsili müəssisəsi fəaliyyət göstərir: ali təhsil verən bir universitet, bir orta ixtisas təhsil müəssisəsi və bir turizm peşə məktəbi. Ümumiyyətlə, ölkəmizdə 17 ali təhsil müəssisəsində turizm ixtisası üzrə təhsil verilir. Əsas məqsədimiz Azərbaycanı turizm destinasiyası kimi tanıtmaq, turizm sahəsinin inkişafına nail olmaqdır".
15.02.24, 13:38
Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün 10 milyon manat ayrılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Qarabağ Universitetini 1969-cu ildən fəaliyyətə başlamış ali təhsil müəssisəsi hesab edirik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib. O bildirib ki, həmin ildən 1988-ci ildə orada ali təhsil müəssisəsi fəaliyyət göstərib:

"Xankəndidə 800-1000 min tələbənin təhsil almasını planlaşdırırıq. Əsas tədris və idarəetmə heyətinin daimi yerləşdirilməsi nəzərdə tutulub. İlkin mərhələdə onların sayı 30-40 nəfər olacaq. Professor və müəllim heyətinin intensiv modullar əsasında səfəri və onlayn qaydada tədrisin təşkili nəzərdə tutulub. Növbəti ildən ənənəvi qəbul prosesi ilə I kurslara qəbul aparılacaq. SABAH qruplarına müsabiqə əsasında II kursların da qəbulu nəzərdə tutulur".

Nazir deyib ki, həmçinin yerli universitetlərlə ikili diplom proqramları çərçivəsində də tələbə qəbulu aparılacaq:
"Həmin tələbələr təhsilin bir hissəsini Bakıda və ya digər regionlarda, qalanını isə Xankkəndidə ala biləcəklər. İlkin mərhələdə 4 fakültənin olması planlaşdırılır".
Nazir Qarabağ Universitetində tədrisi nəzərdə tutulan ixtisasları da açıqlayıb. O qeyd edib ki, bunlar İbtidai sinif müəllimliyi Məktəbəqədər təhsil; Riyaziyyat müəllimliyi; İnformatika müəllimliyi; Təhsildə sosial-psixoloji xidmət; İnformasiya texnologiyaları; Kompüter elmləri; Kompüter mühəndisliyi; Qida mühəndisliyi; Şəhərsalma; İnşaat mühəndisliyi; Beynəlxalq münasibətlər; Regionşünaslıq; Tarix; Kommunikasiya və rəqəmsal media; Beynəlxalq ticarət və logistika; Biznesin idarəedilməsi; İqtisadiyyat; Maliyyə, marketinq; Menecment; Mühasibat; Turizm işinin təşkili; Turizm bələdçiliyi ixtisaslarıdır.
29.11.23, 14:39
Nazir Xankəndidə açılacaq Qarabağ Universiteti ilə bağlı fikirlərini bölüşdü
Qarabağ Universitetinin timsalında elm və təhsilin inteqrasiyasını daha ağıllı qura bilərik.
Bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın ümumi yığıncağında deyib.
O bildirib ki, Qarabağ Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Hər şeyi yenidən və düz qurmaq imkanımız olacaq.
"Elə edə bilərik ki, kiçik maraqlar böyük maraqları üstələməsin. Universiteti bir gündə qurmaq olmaz. 2024-cü ilin sentyabrında tələbələri, gənc alimləri, müəllimləri orada görmək istəyirik. Bu istiqamətdə bütün resurslarımızı sərf edəcəyik",-deyə nazir əlavə edib.
Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb.
Xəbər lenti
0