Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start veriləcək

© Sputnik / Rahim Muradovimtahan
imtahan - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Dövlət Proqramına müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər.
BAKI,13 fevral — Sputnik. "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, 2023-cü il noyabrın 13-də 2024-2025-ci tədris ili üzrə "2022-2026-cı illər üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq edilərək ictimaiyyətə təqdim olunub.
Siyahı 15 prioritet ixtisas sahələri üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla, ümumilikdə 3993 təhsil proqramını əhatə edir. Müvafiq siyahıda yer alan proqramlardan əlavə, namizədlərin universitetlər üzrə "Top10"da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə, eyni zamanda, bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub.
2022-2026-cı illər üzrə Dövlət Proqramına Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.
Proqrama müraciət "portal.edu.az"da şəxsi kabinet üzərindən həyata keçiriləcək. Dövlət Proqramına müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər.
Tələb olunan sənədlər haqqında məlumat nazirliyin saytında yerləşdirilib. Qeyd edək ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb.
09.02.24, 14:06
Xaricdə təqaüdlə doktorantura təhsili almaq istəyənlərin nəzərinə
Türkiyənin ali təhsil müəssisələrinə 2024-2025-ci tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, müraciət üçün son tarix 20 fevral 2024-cü ildir.
Qeyd edək ki, sözügedən təqaüd proqramına müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sistemində qeydiyyatdan keçməlidirlər. Azərbaycan tərəfinə müraciət üçün son tarix isə 1 mart 2024-cü ildir.
Təqaüd proqramı barədə ətraflı məlumat əldə etmək üçün keçidə daxil ola bilərsiniz: https://shorturl.at/fjtSU
Xəbər lenti
0