Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Beş nəfər ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxsin ibtidai istintaqı davam etdirilir

© Official website of President of Azerbaijan RepublicГенеральная прокуратура Азербайджанской Республики
Генеральная прокуратура Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 13.02.2024
Abunə olmaq
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
BAKI, 13 fevral - Sputnik. Bakıda 5 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxsin ibtidai istintaqı davam etdirilir.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
***
Bakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovun psixoloji problemlərinin olduğu deyilir.
Bu gün qətlə yetirilən Mehman Əhmədovun əmisi Simnar Əhmədov "Report"un hadisə yerində olan əməkdaşına bildirib ki, Əhməd Əhmədov ailədən ayrı yaşayıb:
"Oğlanın psixoloji problemi var idi. Dəfələrlə demişdik ki, xəstəxanaya yerləşdirin. Anası məktəb direktoru idi. Ailədaxili problem yox idi. Mehriban ailə idilər. Atası ona ayrı ev almışdı. Mehman biznesmen, Əhməd isə idmançı idi".
Qeyd edək ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
***
Bakıda üç ailə üzvünü qətlə yetirməkdə şübhəli bilinən şəxsin adı daha iki qətldə hallanır.
Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib.
"Davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı - 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib", - DİN-in məlumatında deyilir.
***
Bakıda 3 nəfər ailə üzvünü qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Xətai rayon prokurorluğundan verilən məlumata görə, fevralın 13-də saat 16 radələrində paytaxtın Xətai rayonu ərazisində 3 nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası 1972-ci il təvəllüdlü Mehman Əhmədova, anası 1977-ci il təvəllüdlü Bikə Əhmədovaya (Bakı şəhəri 59 saylı orta məktəbin direktoru - red.) və 2015-ci il təvəllüdlü azyaşlı qardaşına balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
Xətai rayonunda bir ailənin üç üzvünün qətli ilə nəticələnən hadisə mübahisə zəminində baş verib.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Xəbər lenti
0