CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sabah Abşeronda havanın temperaturu 16 dərəcəyə çatacaq

© Sputnik / Kamal AlmuradlıSumqayıtda günəşli hava, arxiv
Sumqayıtda günəşli hava, arxiv - Sputnik Azərbaycan, 1920, 11.02.2024
Abunə olmaq
Milli Hidrometeorologiya Xidməti fevralın 12-nə olan hava proqnozunu açıqlayıb.
BAKI, 11 fevral - Sputnik. Fevralın 12-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Axşam bəzi yerlərdə duman. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0