SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dostu düşməndən, buğdanı samandan ayırmağın vaxtı çatıb - Politoloq

© Sputnik / Murad OrujovSəsvermə qutuları, arxiv
Səsvermə qutuları, arxiv - Sputnik Azərbaycan, 1920, 11.02.2024
Abunə olmaq
Politoloq İlqar Vəlizadə ölkədə keçirilən növbədənkənar prezident seçkiləri, Azərbaycanın növbəti illərdə hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı fikirlərini bildirib.
BAKI, 11 fevral - Sputnik. "Seçkilərin nəticələri proqnozlaşdırıla bilən idi. Ölkənin ilk siyasi xadimi postu uğrunda mübarizə aparan bütün mümkün namizədləri, namizəd olmaq istəyən, lakin müxtəlif səbəblərdən imtina edənlər, eləcə də bizim radikal müxalifətin bütün liderlərini tərəsinin bir gözünə qoysaq da, tərəzinin o biri gözündə İlham Əliyevin siyasi imici olacaq və nəticə əvvəlki kimi qalacaq". Belə bir qçıalama ilə Politoloq İlqar Vəlizadə ölkədə keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı yerli KİV-ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, indiki dövlət başçısı nəinki müasir Azərbaycanın tarixinə daxil olub, o, torpaqlarımızı bizə qaytaran lider kimi nəsillərin yaddaşında əbədi olaraq qalacaq. İstənilən xalqa, ölkəyə nəzər salsanız, qeyd edə bilərsiniz ki, onlara azadlıq, müstəqillik gətirənlərin adları tarixin lövhəsinə yazılıb. İlham Əliyev də məhz belə bir siyasətçidir.
© Sputnik / Murad OrujovPolitoloq İlqar Vəlizadə
Пресс-конференция посла Росси в Азербайджане Михаила Бочарникова - Sputnik Azərbaycan, 1920, 11.02.2024
Politoloq İlqar Vəlizadə
Yeni paradiqma və qlobal proseslərdən danışan politoloq bildirib ki, hazırda geosiyasi müharibələr meydanında əsas oyunçular arasında qarşıdurma gedir.
Onun sözlərinə görə, qırğınların episentrində olan ölkələr isə bu müharibələrin yükünü daşıyırlar. Onlardan bəziləri sadəcə dağılır. Onların bəzilər parçalanır

"Məsələn, iki il əvvəl Özbəkistanda Qarabağa bənzər ssenarini həyata keçirməyə çalışdılar. Lakin Özbəkistan rəhbərliyinin vaxtında atdığı addımlar sayəsində bu, uğursuzluğa düçar oldu. Amma 30 ildən artıqdır ki, bizdə bu münaqişə var və İlham Əliyevin sayəsində problem indi əsaslı şəkildə həll olunub. Məlum olur ki, bir çox xarici siyasi qüvvələr bundan məmnun deyil. Xarici qüvvələrin geosiyasi çəkişmələrində iştirak etməyən kiçik ölkənin ciddi məsələləri təkbaşına həll etməsi onlar üçün açıq-aşkar presedentdir. Ona görə də müxtəlif ağlabatan və o qədər də inandırıcı olmayan bəhanələrlə bizə təzyiq göstərməyə çalışırlar" - politoloq bildirib.

Ekspert belə bir deyimi xatırladıb - “Cəhənnəmə aparan yol yaxşı niyyətlərlə döşənib”:
"Bu, onların Qarabağdakı erməni azlığının hüquqlarını bərpa etmək və bununla da yeni separatizm dalğasını qaldırmaq sousu altında öz “xoş niyyətləri” ilə bizim üzümüzə açmağa çalışdıqları yoldur. Və buna əsaslanaraq, indi bizim əsas vəzifəmiz Qarabağ münaqişəsinin övladlarımıza, nəvələrimizə qayıdacaq tarix dönüşünün qarşısını almaqdır".
İ.Vəlizadə bildirib ki, cəmiyyət demokratik azadlıqlar və insan haqları ilə bağlı bütün söhbətlərin arxasında üçüncü ölkələrin imperiya ambisiyalarının dayandığını yaxşı bilməlidir:

"Humanistlər ilk növbədə özlərinə sual verməlidirlər: niyə 30 ildə Azərbaycan qaçqınlarını xatırlayan və onlara rəğbət bəsləyən olmayıb? Ermənilərin Azərbaycan ərazisində yerləşdirdiyi mina sahələrini niyə indiyədək heç kim qınamayıb? Dostu düşməndən, buğdanı samandan ayırmağın vaxtı çatıb".

Politoloq hesab edir ki, Azərbaycanın atacağı bütün addımlar ətrafımızda baş verən bütün proseslərə uyğun olmalı, kənardan təsirlərə məruz qalmayan, eyni zamanda xarici şəraitə uyğunlaşdırılmış sabit dövlətçilik modeli yaradılmalıdır.
“Biz bir tərəfdən öz regionunda vəziyyətə hakim olan, digər tərəfdən isə başqa güc mərkəzləri ilə müstəqil siyasət aparmaq imkanına malik olan sabit orta gücə çevrilməliyik. Bundan əlavə, biz qonşularımızla qarşılıqlı əlaqədə olan zaman öz dominant mövqeyimizi daim möhkəmləndirməliyik. Və mən həqiqətən ümid etmək istəyirəm ki, qonşular bunu qəbul edəcəklər" - politoloq fikrini tamamlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0