Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya onu aktivlərdən məhrum etmək cəhdlərinə sərt reaksiya verəcək - Zaxarova

© Sputnik / Пресс-служба МИД РФ / Mediabanka keçidRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.02.2024
Abunə olmaq
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib ki, Rusiya aktivlərinin ələ keçirilməsi ilə bağlı istənilən addım Moskva tərəfindən oğurluq kimi qiymətləndirilir.
BAKI, 10 fevral - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya onu dondurulmuş suveren ehtiyatlarını (aktivlər) Ukraynaya dəstək məqsədilə kapital cəlb edilməsi üçün istiqrazlara girov kimi istifadə etmək cəhdlərinə sərt reaksiya verəcək.
Mariya Zaxarovanın bu şərhi Rusiya XİN-nin saytında dərc olunub.
“Biz bu və ya digər şəkildə Rusiyanı suveren ehtiyatlarından məhrum etmək cəhdləri ilə bağlı istənilən qeyri-dost addımlara sərt reaksiya verəcəyik. Qanuni hüquq və mənafelərimizin müdafiəsi ilə bağlı cavabımız həm hüquqi, həm də mənəvi cəhətdən əsaslandırılacaq” - o, vurğulayıb.
Zaxarova bildirib ki, Rusiya aktivlərinin girov kimi saxlanılması və ya ondan başqa məqsədlər üçün vasitə kimi istifadə olunması davam etdirilərsə, müvafiq istiqrazları almağa qərar verən hər hansı bir şəxs və fond, maliyyə və əmlak da daxil olmaqla Rusiyanın əks tədbirlərinə məruz qalacaq ilk namizəd olacaq.
O qeyd edib ki, Rusiya aktivlərinin ələ keçirilməsi ilə bağlı istənilən addım Moskva tərəfindən oğurluq kimi qiymətləndirilir.
07.02.24, 19:30
Rusiya öz sərhədlərində NATO-nun hərbi gücünün artmasını cavabsız qoymayacaq
Rusiya öz sərhədləri yaxınlığında NATO-nun hərbi varlığının artırılması ilə bağlı milli təhlükəsizliyinə təhdidləri dayandırmağın yolunu tapacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru Mariya Zaxarova bu il martın 3-14-də Şimali Atlantika Alyansının himayəsi altında keçiriləcək Nordic Cavab manevrləri ilə bağlı keçirdiyi brifinqdə deyib.

“Ölkəmiz öz sərhədlərində NATO-nun hərbi potensialının artırılmasını cavabsız qoymayacaq və milli təhlükəsizliyinə təhdidləri aradan qaldırmaq üçün adekvat müdafiə tədbirləri görəcək”, o qeyd edib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Norveçin şimalında, İsveç və Finlandiyada baş tutacaq sözügedən manevrlərdə 14 ölkədən 20 mindən çox ordunun müxtəlif bölmələrinin hərbçilərinin iştirak edəcəyinə diqqət çəkib.
“Bu son militarist hərəkətlər Avro-Arktika regionunda əlavə gərginliyin artması ilə doludur”, Zaxarova vurğulayıb.
Oslonun dağıdıcı xətti
Diplomatı bildirib ki, Norveçin iştirakı ilə Nordic Cavab manevrlərinə hazırlıq Oslonun “Rusiya sərhədləri yaxınlığında da daxil olmaqla Vaşinqtonla hərbi əməkdaşlığı artırmaq səyləri” ilə üst-üstə düşüb:

“Bu silsilədə bu il fevralın 2-də Norveç və ABŞ arasında 2021-ci ildə müdafiə sahəsində əməkdaşlıq haqqında Norveç-Amerika əlavə sazişinə dəyişiklik edilməsi haqqında saziş imzalanıb. Yeni sənəd Norveçdə geniş hüquqlarla qeyri-müəyyən müddətə Amerika silahlı qüvvələrinin sərəncamına verilən və ABŞ tərəfindən sərbəst şəkildə istifadə oluna bilən hərbi obyektlərin sayının əhəmiyyətli dərəcədə artırılmasını nəzərdə tutur. Bir sıra obyektlər Rusiya sərhədlərinə yaxın ərazidə yerləşir”.

Zaxarova vurğulayıb ki, sözügedən saziş, 2021-ci il müqaviləsinin özü kimi, “Norveç hökumətinin 1 fevral 1949-cu il tarixli Sovet İttifaqına notasında elan etdiyi və sonradan dəfələrlə təsdiq etdiyi xarici silahlı qüvvələrə bazaların verilməməsi siyasətinə ziddir, sülh dövründə Norveç ərazisində və ABŞ-ın Norveçdə daimi hərbi mövcudluğunu möhkəmləndirir və Oslonun NATO-nun himayəsi altında ölkədə hərbi hazırlıqları gücləndirmək üzrə dağıdıcı xəttini davam etdirir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0