Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında niyə ölüb?

© avia.proŞeremetyevo hava limanı
Şeremetyevo hava limanı - Sputnik Azərbaycan, 1920, 10.02.2024
Abunə olmaq
Təyyarə enən zaman Yuri Z. adlı sərnişin qəfildən özünü yaxşı hiss etməyib və boğulmağa başlayıb.
BAKI, 10 fevral - Sputnik. Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su 1857” təyyarəsində Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, sərnişin tromb tıxanması nəticəsində dünyasını dəyişib.
Bildirilib ki, "Su-1857" təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan uçub. Təyyarə enən zaman Yuri Z. adlı sərnişin qəfildən özünü yaxşı hiss etməyib və boğulmağa başlayıb. Daha sonra huşunu itirib.
Məlumata görə, təcili yardım maşını B terminalının 178 saylı dayanacağına gələnə kimi sərnişin artıq ölmüş olub.
Xəbər lenti
0