Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb dövlətləri Ukraynada Rusiyanı məğlub etməyin mümkünsüzlüyünü dərk etməyə başlayıblar

© AP Photo / LIBKOSUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
Putinin qeydinə görə, Rusiya tərəfi çoxdandır ki, sülh dialoqu aparmağa hazırdır.
BAKI, 9 fevral — Sputnik. Ukraynada keçirilən xüsusi hərbi əməliyyat çərçivəsində Rusiyanın strateji məğlubiyyəti mümkün deyil. Qərb ölkələrinin nümayəndələri də bunu artıq dərk etməyə başlayıblar.
Bunu Rusiya lideri Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla söhbətində deyib.
Bu anlayışla Qərb əlavə qərarlar qəbul etməlidir. Rusiya tərəfi çoxdandır ki, sülh dialoqu aparmağa hazırdır.
Putin qeyd edib ki, Ukraynanın müttəfiqləri davamlı olaraq "səs-küy salıblar" və döyüş meydanında Rusiya Federasiyasının məğlubiyyətinə nail olmaq üçün "qışqırıblar". Lakin Qərbdə hakimiyyətə nəzarət edənlər, nəhayət, başa düşüblər ki, bunu etmək, heç də asan deyil.
"Məncə, bu, heç vaxt baş verməyəcək" - Putin deyib.
Taker Karlson bir neçə gün əvvəl Rusiya Federasiyasının prezidenti ilə müsahibənin anonsunu verib. Səbəb ABŞ ictimaiyyətinin Ukrayna ətrafındakı vəziyyətlə bağlı maarifləndirilməməsi olub. Buna görə də aparıcı hər şeyi birinci əldən öyrənmək qərarına gəlib.
Xəbər lenti
0