CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kanalda batdığı güman edilən 11 yaşlı Rasimin axtarışlarından videogörüntülər yayıldı

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Axtarış
Axtarış - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
BAKI, 9 fevral — Sputnik. Ötən ilin 26 dekabrında İmişli rayonu, Qaragüvəndikli kəndində itkin düşən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevdən hələ də xəbər yoxdur.
© Photo : Ministry of Emergency Situations (Azerbaijan)Axtarış
Axtarış - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Axtarış
08.02.24, 17:40
Kanalda batması ehtimal olunan uşaqla bağlı rəsmi açıqlama
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən 26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir. Sputnik Azərbaycan-a xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin təlimatçı-kinoloqlarla birgə xüsusi təlim görmüş itlərdən ibarət qrupu və Muğan Regional Mərkəzinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal olunan istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir. Əlavə məlumat veriləcək.
Xatırladaq ki, ötən ilin dekabr ayının 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevdən hələ də xəbər yoxdur.
Xəbər lenti
0