Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə VI sinif şagirdi öz canına qıydı

© iStock.com / PrathanChorruangsakАгрессивный мужчина, сжимающий кулак в гневе, с плачущей женщиной на заднем плане
Агрессивный мужчина, сжимающий кулак в гневе, с плачущей женщиной на заднем плане - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Ağamir Məmmədovun intihar etməsinin səbəblərinin məlum olmadığını bildirib.
BAKI, 9 fevral — Sputnik. Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bugün günorta saatlarında yaşadığı evdə özünə qəsd edərək intihar edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Qeyd edək ki, ötən ay həmin məktəbin şagirdi məktəbli yoldaşını qətlə yetirib.
23.01.24, 12:19
Gəncədə şagirdi bıçaqlayan şəxs saxlanılıb
Gəncədə şagirdin məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı yeniyetmə saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R.Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub. Məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçiriblər. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F.Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məlumatına əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi açıqlama yayıb. Şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib.
Xəbər lenti
0