DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Coca-Cola" uzun illərdən sonra ilk dəfə yeni dadla içkini buraxacaq

© AFP 2023 / YURI CORTEZ "Coca-Cola"
 Coca-Cola - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
Amerika və Kanada mağazalarında içki iki variantda - şəkərli və şəkərsiz halda peyda olacaq.
BAKI, 9 fevral — Sputnik. "Coca-Cola" şirkəti uzun illərdən sonra ilk dəfə olaraq yeni ləzzətli içki buraxmaq qərarına gəlib. "Ədviyyatlı" adlanan bu içkinin tərkibi moruq və ədviyyatların birləşməsindən ibarət olacaq.
"CNN" bu barədə xəbər verib.
Alıcılar yeni məhsulu yaxın həftələrdə əldə edə biləcəklər. Amerika və Kanada mağazalarında içki iki variantda - şəkərli və şəkərsiz halda peyda olacaq.
"Coca-Cola"nın Şimali Amerika üzrə marketinq vitse-prezidenti Syu Linn Çanın sözlərinə görə, şirkət istehlakçıları təəccübləndirmək qərarına gəlib. Onlar getdikcə daha çox mürəkkəb və cəsarətli dad axtarırlar.
"Bu, təkcə yeməkdə deyil, içkilərdə də müşahidə etməyə başladığımız bir tendensiyadır" - şirkətin sözçüsü bildirib.
Sonuncu dəfə belə bir təcrübə 2020-ci ildə həyata keçirilib. O zaman müştərilər "Coca-Cola Cherry Vanilla"nın yeni dadını yüksək qiymətləndirmişdilər.
Daha əvvəl "Coca-Cola"nın məhdud sayda "Y3000" içkisi buraxdığı bildirilmişdi. Onun dadı pərəstişkarlarının fikirləri və süni intellekt nəzərə alınmaqla yaradılmışdı.
Xəbər lenti
0