Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Baydenə demişəm, silah verməyi dayandır, bir həftəyə hər şey bitsin" – Putin

© AFP 2023 / LUDOVIC MARINCo Bayden
Co Bayden  - Sputnik Azərbaycan, 1920, 09.02.2024
Abunə olmaq
Putinin sözlərinə görə, liderlər danışmasalar da, müxtəlif idarələr vasitəsilə müəyyən əlaqələri var.
BAKI, 9 fevral — Sputnik. "Rusiya təhlükəsi" ilə bağlı bütün bəyanatlar sadə insanları qorxutmaq üçün olan dəhşət hekayələridir".
Bu sözləri prezident Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
Putin ABŞ prezidenti Baydenlə çoxdandır danışmadıqlarını deyib. Putinin sözlərinə görə, o dəfələrlə Baydenə xəbərdarlıq edib ki, "Rusiyanı uzaqlaşdırmaqla böyük tarixi səhvə yol verir".
Putinin sözlərinə görə, liderlər danışmasalar da, müxtəlif idarələr vasitəsilə müəyyən əlaqələri var.
"Onların köməyi ilə Rusiya ABŞ-a izah edir ki, Kiyevə silah tədarükünü dayandırmaq lazımdır. Bu olsa, hər şey bir neçə həftə ərzində bitəcək".
Xəbər lenti
0