CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qeydiyyat nişanları ilə bağlı sürücülərə xəbərdarlıq!

© AR Ministry of Internal Affairs "Toyota" markalı nəqliyyat vasitəsi
 Toyota markalı nəqliyyat vasitəsi - Sputnik Azərbaycan, 1920, 08.02.2024
Abunə olmaq
BDYP bəyan edib ki, bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.
BAKI, 8 fevral — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:
"Qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır.
Lakin, təəssüf ki, bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir.
Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq".
Xəbər lenti
0