Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

NATO Avropa İttifaqını məhv edəcək - Volodin

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin - Sputnik Azərbaycan, 1920, 08.02.2024
Abunə olmaq
Avropa dövlətləri suverenliklərini itirdikləri üçün həlli asan olmayan problemlərlə üzləşirlər.
BAKI, 8 fevral — Sputnik. NATO Avropa İttifaqını məhv edəcək.
Bu fikri Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
"Vaşinqton NATO-nun köməyi ilə Avropa İttifaqını məhv edir. Avropa dövlətləri isə suverenliklərini itirdikləri üçün həlli asan olmayan problemlərlə üzləşirlər" - o, özünün "Teleqram" kanalında yazıb.
"Şimal axını"ndakı terror aktı ilə bağlı aparılan araşdırmalardan danışan Volodin qeyd edib ki, Almaniya cinayətkarları tapmağa çalışsa da, İsveç artıq istintaqı dayandırıb.
"Bu, təsadüfi deyil. İsveç NATO-ya qoşulma prosedurundan - Amerika hegemonluğu strukturundan keçir" - siyasətçi əlavə edib.
Əlavə edək ki, çərşənbə günü Stokholmun fövqəladə vəziyyətlə bağlı təhqiqatın dayandırıldığını elan etdiyi məlum olub. İsveç tərəfi boru kəmərlərində baş verənlərdə krallıq vətəndaşlarının əli olduğunu aşkar etməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd edib ki, Rusiya "Şimal axını" partlayışları ilə bağlı araşdırmalara nəzarət edəcək. Rusiya tərəfi dəfələrlə istintaqın gedişi ilə bağlı məlumat istəyib, lakin ona rədd cavabı verilib.
Xəbər lenti
0