QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Xankəndidə seçki məntəqələri açılıb, səsvermə keçirilir

© Photo : AZƏRTACMüstəqil Azərbaycan tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açılıb, səsvermə başlayıb
Müstəqil Azərbaycan tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açılıb, səsvermə başlayıb - Sputnik Azərbaycan, 1920, 07.02.2024
Abunə olmaq
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
BAKI, 7 fevral - Sputnik. Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açılıb, səsvermə keçirilir.
Hazırda Azərbaycanın seçici siyahılarında 6 milyon 478 min 623 seçici var.
Xatırladaq ki, bu gün keçirilən prezident seçkilərində qeydiyyata alınmış 7 namizəd mübarizə aparır. Həmin namizədlər aşağıdakılardır:
Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Fevralın 9-da bütün dairələrdən məlumatlar alındıqdan sonra nəticələr ümumiləşdirilərək ictimaiyyətə açıqlanacaq. Bu, seçkilərin ilkin nəticəsi sayılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0