Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiyev İl-76-nı vurmaqla əsirlikdə olan öz hərbçilərinə belə acımadığını göstərdi

© Sputnik Виктор Толочко / Mediabanka keçidRusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev - Sputnik Azərbaycan, 1920, 06.02.2024
Abunə olmaq
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Ukrayna hakimiyyətinin öz vətəndaşlarına qarşı olan münasibətindən danışıb.
BAKI, 6 fevral — Sputnik. Kiyev ukraynalı hərbi əsirlərin olduğu Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsini vurmaqla öz vətəndaşlarına acımadığını göstərib.
Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ural Federal Dairəsində milli təhlükəsizlik məsələləri üzrə iclasında deyib.
"Kiyev hakimiyyəti öz xalqına belə acımır. Belə ki, yanvarın 24-də Belqorod yaxınlığında ABŞ raketlərindən istifadə etməklə Ukrayna ərazisindən uçan hərbi-nəqliyyat təyyarəsini vurub" - Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib.
Patruşev ukraynalı hərbi əsirlərin mübadiləsi ilə bağlı razılığın olunduğunu da bildirib.
Xatırladaq ki, İl-76 hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində Ukrayna ordusundan 65 əsir, həmçinin altı ekipaj üzvü və onları müşayiət edən üç şəxs də olub. Təyyarə qəzası zamanı bütün ekipaj həlak olub. Rusiya Müdafiə Nazirliyi daha sonra bildirib ki, Kiyev rejimi təyyarədə olan Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbi əsirlərinin mübadilə olunacağını yaxşı bilirdi.
Rusiya Xarici İşlər Nazirliyi faciəni terror hücumu adlandırıb, həmçinin, söhbətin düşünülmüş və şüurlu bir hərəkətdən getdiyini vurğulayıb.
01.02.24, 21:21
Qərb İl-76-nın qəzasının istintaqında iştirakdan niyə imtina edib?
Qərb İl-76 təyyarəsinin qəzasının beynəlxalq istintaqında iştirak etmək istəmir, çünki özünün ifşa olunacağından qorxur.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxışı zamanı deyib.
Kremlin rəsmi nümayəndəsi xatırladıb ki, RF prezidenti Vladimir Putin bu yaxınlarda Rusiyanın Ukrayna əsgərlərini daşıyan hərbi təyyarənin qəzaya uğraması ilə bağlı beynəlxalq araşdırmaya hazır olduğunu açıq şəkildə bəyan edib. Onun sözlərinə görə, cavab olaraq Moskvada avropalılardan "kağız olmadan" heç nəyi nəzərə almayacaqları eşidilir.
"Özlərini ifşa etməkdən qorxduqları üçün onların heç biri bu istindaqı aparmaqda maraqlı olmayacaq" - Peskov vurğulayıb.
O, hər şeyin göz qabağında olduğunu və Qərbin Ukraynadakı münaqişənin birbaşa iştirakçısı olduğunu xatırladıb.
Rusiya prezidentinin mətbuat katibi həmçinin Avropa İttifaqının (Aİ) qarşıdakı sammitini də şərh edib. O bildirib ki, Kreml Kiyevə maliyyə yardımının mümkün ayrılması məsələsinin müzakirə olunacağı Avropa İttifaqının qarşıdan gələn sammiti ilə bağlı məlumatları izləyir.
"Şübhəsiz, bütün məlumatları izləyirik. Biz başa düşürük ki, Kiyev problemlər yaşamaqda davam edir, kollektiv Qərb də bu problemlərlə üzləşir" - Peskov fevralın 1-də keçiriləcək sammitdən danışarkən vurğulayıb.
Bu yaxınlarda, Macarıstanın Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımının ayrılmasına mane olduğu təqdirdə Aİ-nin başqa ehtiyat planının olmadığı da məlum olub.
Xəbər lenti
0