CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu gün hava belə olacaq - Proqnoz

© Sputnik / Murad OrujovBakıda dəyişkən buludu hava
Bakıda dəyişkən buludu hava - Sputnik Azərbaycan, 1920, 06.02.2024
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
BAKI, 6 fevral — Sputnik. Fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru zəifləyəcək.
Havanın temperaturu 9-13° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu 11-16° isti, 2° şaxtadan 3°-dək isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0