DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyanın maliyyə naziri Lindner ölkənin yoxsulluqla üz-üzə olduğunu etiraf edib

© AFP 2023 / THOMAS KIENZLEKristian Lindner, arxiv
Kristian Lindner, arxiv - Sputnik Azərbaycan, 1920, 06.02.2024
Abunə olmaq
Maliyyə Nazirliyi rəhbərinin rəyi Almaniya iqtisadiyyatının "koronavirus pandemiyasından sonrakı ikinci il fonunda" çətin vəziyyətini göstərir.
BAKI, 6 fevral — Sputnik. Almaniya iqtisadi artımı təmin etmək imkanlarının olmaması səbəbindən yoxsullaşır.
Bunu ölkənin maliyyə naziri Kristian Lindner bildirib.
Kristian Lindner, Almaniyanı, həm də "geridə qalmış" adlandırıb.
"Biz artıq rəqabətədavamlı deyilik. İqtisadi artımımız olmadığına görə yoxsullaşırıq. Biz geridə qalırıq" - "Bloomberg" Lindnerdən sitat gətirib.
Nəşr, həmçinin qeyd edib ki, Maliyyə Nazirliyi rəhbərinin rəyi Almaniya iqtisadiyyatının "koronavirus pandemiyasından sonrakı ikinci il fonunda" çətin vəziyyətini göstərir.
Lindner İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının bu il ölkə iqtisadiyyatının artımının cəmi 0,3 faiz olacağı proqnozuna reaksiya verib.
Daha əvvəl Almaniya hökumətinin müvəkkili Karsten Şnayder bildirmişdi ki, Almaniya büdcəsi vətəndaşlara maliyyə dəstəyi üçün nəzərdə tutulan vəsaiti tükəndirib.
Xəbər lenti
0